"S&P" SOCAR-ın kredit reytinqini "BB" səviyyəsinə yüksəldib

Energetika
  • 13 noyabr, 2025
  • 10:32
S&P SOCAR-ın kredit reytinqini BB səviyyəsinə yüksəldib

"Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit reytinqini və təminatsız borc reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəldib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

"S&P" qeyd edib ki, SOCAR-ın maliyyə siyasətinin şəffaflığının və məlumatların açıqlanması səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması şirkətin fəaliyyəti və maliyyə göstəricilərini daha da izlənilə bilən edib.

"Biz bu dəyişiklikləri SOCAR-ın fərdi kredit qabiliyyətinin (SACP) qiymətləndirilməsini "b" səviyyəsindən "bb-" səviyyəsinə yüksəltməklə əks etdirmişik. Sabit proqnoz SOCAR-ın əhəmiyyətli pul ehtiyatlarının dəstəklədiyi idarə olunan likvidlik mövqeyini qoruyacağına və onun əməliyyat göstəricilərinin sabit qalacağına dair fikirlərimizi əks etdirir. Bununla yanaşı, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin (FFO) borca nisbəti dövlət dəstəyinin sabitliyi qorunmaqla 12 %-dən yuxarı səviyyədə qalacaq", - agentliyin məlumatında qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti