Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiqi “qara qızıl”ı ucuzlaşdırıb

Energetika
  • 23 noyabr, 2022
  • 07:17
Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiqi “qara qızıl”ı ucuzlaşdırıb

Dünya bazarında neftin qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin yanvar fyuçersləri 0,26 % ucuzlaşaraq 1 bareli 88,13 ABŞ dollarına satılıb. "WTI" neftinin yanvar fyuçerslərinin qiyməti 0,22 % düşüb və 1 bareli 80,77 ABŞ dolları təşkil edib.

Birjalar Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiq ediləcəyini gözləyir.

G7 ölkələrinin maliyyə nazirləri sentyabr ayında sanksiyaların genişləndirilməsi çərçivəsində Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etmək niyyətlərini təsdiqləyiblər. Neft üçün maksimum qiymət həddinin dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq ediləcəyi planlaşdırılır.

Bəzi ekspertlər hesab edir ki, maksimum qiymət həddi bir barel üçün 50-60 ABŞ dolları arasında ola bilər.

44 - Tezliklə