"Qazprom" və "Srbijagas" Rusiya qazının tədarükünə dair müqaviləni ilin sonunadək uzadıb
Energetika
- 30 sentyabr, 2026
- 17:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qazprom" və "Srbijagas" Serbiyaya Rusiya qazının tədarükünə dair müqaviləni ilin sonunadək uzadıblar.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Serbiya dövlət qaz müəssisəsinin direktoru Duşan Bayatoviç bildirib.
"Rusiyanın "Qazprom" şirkəti Serbiyaya qaz tədarükü haqqında razılaşmanı daha üç ay uzadıb. Razılaşma əvvəlki kimi eyni sərfəli şərtləri özündə saxlayıb", - Serbiya Radio və Televiziyası D.Bayatoviçin sözlərinə istinadən məlumat yayıb.
Cari müqavilənin müddəti sentyabrın 30-da başa çatırdı. İlin əvvəlindən sənədin müddəti bir neçə dəfə uzadılıb. Rusiya Serbiyaya qaz tədarükünə 1978-ci ildə başlayıb.
Son xəbərlər
11:31
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Hadisə
11:12
"Barselona", "Bavariya" və "Çelsi" Luka Vuşkoviçlə maraqlanır
Futbol
11:00
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Biznes
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr
10:55
"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir
İnfrastruktur
10:46
Foto
Özbəkistan Mərkəzi Asiya irsinin qorunması üzrə layihələri BMT-də təqdim edib
Region
10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Biznes
10:34
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə
10:25
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
Ekologiya