Qazaxıstan neftinin dekabr ayı üçün BTC ilə tranzitinin həcmi müəyyən edilib - EKSKLÜZİV

Energetika
  • 05 dekabr, 2024
  • 07:22
Qazaxıstan neftinin dekabr ayı üçün BTC ilə tranzitinin həcmi müəyyən edilib - EKSKLÜZİV

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə sonrakı ixrac üçün Aktaudan Bakıya tədarük həcmi dekabrda 122 min ton təşkil edəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Kaztransoil” şirkətindən bildirilib.

“Bu ilin dekabr ayında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə sonrakı nəqli üçün (Aktau limanından) yükgöndərənlərin sifarişləri əsasında Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş qrafik çərçivəsində həyata keçiriləcək. Bu cədvəl 2024-cü ilin dekabrında Aktau limanından 122 min ton neftin daşınmasını nəzərdə tutur”, - məlumatda deyilir.

Bildirilib ki, bu ilin yanvar-noyabr aylarında bu göstərici 1 milyon 342 min ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 432 min ton (və ya 47 %) çoxdur.

Məlumata görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayGaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə imzalanıb.

44 filmi