Ötən ilin dekabrında BTC ilə neft ixracı 2 % artıb
- 11 fevral, 2026
- 17:29
2025-ci ilin dekabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 562 min barel təşkil edib.
"Report" bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.
Ötən ilin noyabr ayı ilə müqayisədə dekabr ayında BTC ilə neft nəqli 2 % və ya gündəlik 12 min barel artıb.
"Artım qismən Xəzər Boru Kəməri Konsorsiumunun terminalında baş verən fasilələr səbəbilə tankerlər vasitəsilə Xəzər dənizi üzərindən Bakıya yönləndirilmiş Qazaxıstan neftinin axınları ilə şərtlənib", - mənbələr bildirib.
2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin eyni dövründə boru kəməri ilə neft nəqli 8 % və ya 48 min barel azalıb.
Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.