Ötən il “SOCAR Georgia Gas Distribution” 4,3 mln. dollar xalis mənfəət əldə edib

Energetika
  • 03 sentyabr, 2018
  • 13:52
Ötən il “SOCAR Georgia Gas Distribution” 4,3 mln. dollar xalis mənfəət əldə edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ “SOCAR Georgia Gas Distribution” şirkətinin 2017-ci il ərzində xalis mənfəəti 4,3 mln. ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın "2017-ci il üzrə illik hesabatı"nda qeyd olunub.

Məlumata görə, 2017-ci il ərzində “SOCAR Georgia Gas Distribution” şirkətinin kapital xərcləri, təxminən, 11,4 mln. dollar həcmində olub. Bu dövr ərzində Gürcüstan bazarına ümumilikdə 137,9 mln. kubmetr təbii qaz satılıb, 194,2 mln. kubmetr təbii qaz isə nəql olunub.