Ötən il Azərbaycan təbii qaz ixracından qazancını 2,5 dəfə artırıb

Energetika
  • 28 yanvar, 2022
  • 09:41
Ötən il Azərbaycan təbii qaz ixracından qazancını 2,5 dəfə artırıb

2021-ci ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 20 milyard 046 milyon 650,21 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən il ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 534 milyon 398,34 min ABŞ dolları təşkil edib.

2021-ci il ərzində ixrac edilən təbii qazın həcmi 2020-ci ilin müvafiq dövründən 61,35 %, dəyəri isə 2,52 dəfə çoxdur.

Ötən il ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 24,92 % olub.