Ötən il Azərbaycan neft ixracından gəlirlərini 41 %-dən çox artırıb

Energetika
  • 28 yanvar, 2022
  • 09:25
Ötən il Azərbaycan neft ixracından gəlirlərini 41 %-dən çox artırıb

2021-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 27 milyon 116 min 060,62 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 13 milyard 218 milyon 936,05 min ABŞ dolları təşkil edib.

Ötən il ərzində ixrac olunmuş məhsulun miqdarı 2020-ci ilin göstəriciləri ilə müqayisədə 6,57 % az, dəyəri isə 41,17 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 59,53 % olub.