Ötən il Azərbaycan İsrailə neft satışından qazancını 88 %-dən çox artırıb
- 30 yanvar, 2023
- 08:30
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycandan İsrailə 2 milyon 289 min 417,59 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 672 milyon 358,2 min ABŞ dolları təşkil edib.
2022-ci il ərzində Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin göstəriciləri ilə müqayisədə 33,8 %, dəyəri isə 88,4 % çoxdur.
Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,8 % olub.
Xatırladaq ki, 2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 24 min 201,67 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 19 milyard 483 milyon 623,56 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.