Ötən il Azərbaycanın polietilen ixracından qazancı 16 % azalıb

Energetika
  • 25 yanvar, 2023
  • 12:57
Ötən il Azərbaycanın polietilen ixracından qazancı 16 % azalıb

2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 120 min 278,96 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 147 milyon 527,43 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 13,7 % və 15,9 % azdır.

2022-ci il ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,84 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracındakı payı 0,39 % olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

44 - Tezliklə