OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu açıqlayıb
- 13 sentyabr, 2022
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 24 min barel artırıb.
"Report"un məlumatına görə, bu barədə qurumun sentyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Bildirilir ki, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu proqnoz gündəlik gözləntidən 15 min barel aşağıdır.
Buna səbəb ikinci rübdə əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olmasıdır.
Məlumatda qeyd edilir ki, 2023-cü il üçün Azərbaycanın maye tədarükünün gündəlik orta hesabla 0,7 min barel olmaqla 60 min barel azalacağı proqnozlaşdırılır. Ümumi azalma tempi üç əsas hasilat sahəsində planlaşdırılan artımlardan daha yüksək olacaq.
OPEC-in proqnozunda qeyd olunur ki, bu ilin iyul ayında ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 26 min barel artaraq, illik müqayisədə isə 34 min barel azalaraq 700 min barel təşkil edib.
Rəsmi mənbələrə görə, xam neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik olaraq 26 min barel azalaraq orta hesabla 550 min ton, təbii qaz hasilatı isə orta hesabla gündəlik olaraq 150 min ton təşkil edib.
2022-ci ildə yeni layihələrin icrasına başlanılması gözlənilmir. Bildirilir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və digər köhnə yataqlarda əsas neft hasilatının azalması “Şahdəniz-2” və “Abşeron” yataqları kimi layihələrin hesabına hasilatın artırılmasına nail olunacaq.