Oman körfəzindəki insident fonunda neftin dəyərinin artımı sürətlənib

Energetika
  • 13 iyun, 2019
  • 08:01
Oman körfəzindəki insident fonunda neftin dəyərinin artımı sürətlənib

Bu ilin avqustunda çatdırılma ilə "Brent" markalı neft üçün fyuçers qiyməti Londonda birjasında artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, saat 10:55-ə olan birja məlumatlarında neftin dəyərinin 2,93% artaraq 61,73 dollara yüksəldiyi görünür.

Qeyd edək ki, neftin qiyməti İran KİV-inin Oman körfəzində iki neft tankerinə hücum edilməsi ilə bağlı məlumatları fonunda artır.

44 - Tezliklə