Noyabrda Türkiyəyə spot qaz tədarükünün həcmləri müəyyənləşib
- 28 oktyabr, 2024
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Enerji Ticaret A.S.” şirkətinin bu ilin noyabr ayında ölkəyə spot qaz tədarükü üçün tutumun rezervasiyası ilə bağlı müraciətini təsdiqləyib.
"Report" bu barədə EPDK-ya istinadən xəbər verir.
Bu qərar tənzimləyici orqan tərəfindən keçirilən tenderin nəticələrinə əsasən qəbul edilib.
EPDK-nın məlumatına görə, “SOCAR Enerji Ticaret A.S.” noyabrda 1 milyon 863 min kubmetr həcmində spot qaz tədarükü üçün tutum bron etmək hüququ əldə edib.
Tədarük “Türkgözü” giriş nöqtəsindən təmin ediləcək.
Xatırladaq ki, “SOCAR Enerji Ticaret A.S.” oktyabr ayında da 1 milyon 863 min kubmetr həcmində spot qaz tədarükü üçün tutum bron etmək hüququ əldə edib.