Noyabrda OPEC+ anlaşmasının daha da uzadılması müzakirə ediləcək
Energetika
- 22 avqust, 2017
- 08:11
Bakı. 22 avqust. REPORT.AZ/ OPEC+ ölkələri noyabrda keçirəcəkləri növbəti sammitdə neft hasilatının azaldılması barədə anlaşmanın müddətinin 2018-ci ilin mart ayından sonra uzadılmasını müzakirə edəcək.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Küveytin neft naziri İssam Əlmarzuq verib.
Nazir bildirib ki, hasialtın azaldılması barədə anlaşmada iştirak edən 24 ölkə qlobal neft ehtiyatlarının son 5 ilin orta səviyyəsindən aşağı endirməyi planlaşdırır. Lakin bu planın həyata keçirilməsinə ABŞ-da şist neft hasilatındakı artım mane olur.
Xatırladaq ki, OPEC+ ölkələri neft hasilatının azaldılması barədə 30 noyabr Vyana anlaşmasının müddətini may ayında keçirilən iclasda 9 ay - 2018-ci il aprelin 1-dək uzadıb.
Son xəbərlər
14:17
"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb
Futbol14:16
Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb
Sənaye14:08
Xalq artisti Şükufə Yusupova ağır yol qəzası keçirib, vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə14:06
XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı yekunlaşıb
İncəsənət14:03
Sumqayıtda ev yanıb, xəsarət alan var
Hadisə14:02
Zelenski Samara vilayətinə və Qara dəniz akvatoriyasına zərbələr endirildiyini açıqlayıb
Digər ölkələr13:57
Əlverişli coğrafi mövqe Bakı və Daşkəndi Avrasiya meqalayihəsinin idarəetmə mərkəzinə çevirir - RƏY
Daxili siyasət13:42
Foto
Əməkdar jurnalist Nurani ilə vida mərasimi başa çatıb - YENİLƏNİB
Media13:37