Azərbaycandan Gürcüstana ixrac olunan elektrik enerjisinin dəyəri 19% azalıb

Energetika
  • 20 iyul, 2020
  • 12:52
Azərbaycandan Gürcüstana ixrac olunan elektrik enerjisinin dəyəri 19% azalıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 21,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan elektrik enerjisinin dəyərində 18,9% azalma qeydə alınıb.