İyulda Türkiyəyə tədarük ediləcək Azərbaycan qazının həcmi açıqlanıb

Energetika
  • 25 iyun, 2024
  • 11:35
İyulda Türkiyəyə tədarük ediləcək Azərbaycan qazının həcmi açıqlanıb

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) iyul ayında BOTAŞ və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Enerji Ticaret AŞ” şirkəti ölkəyə spot qaz tədarükü üçün ehtiyatların həcmi ilə bağlı müraciətlərini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə EPDK-nin məlumatında qeyd olunub.

Bu qərarı tənzimləyici orqan iyunun 24-də keçirilən tenderin nəticələrinə əsasən qəbul edib.

Tənzimləyicinin məlumatına görə, hər iki şirkət iyul ayında Türkiyənin qazpaylayıcı şəbəkələrinə sutkada ümumi həcmdə 8,839 milyon kubmetr qaz tədarükü üçün ehtiyat həcmlər əldə edib. O cümlədən, BOTAŞ gündəlik 7 milyon 839 min kubmetr qaz tədarükü üçün ehtiyatda saxlayıb. “SOCAR Enerji Ticaret AŞ” şirkətində bu göstərici 1 milyon kubmetr olub.

BOTAŞ tədarükləri “Kıyıköy”, “SOCAR Enerji Ticaret AŞ” “Türkgözü” giriş nöqtəsindən (Ərdəhan vilayətinin Türkgözü kəndi ərazisi) həyata keçirib.