İsrailin ən böyük qaz yataqlarının fəaliyyəti bərpa edilir

Energetika
  • 25 iyun, 2025
  • 12:45
İsrailin ən böyük qaz yataqlarının fəaliyyəti bərpa edilir

Misir və İordaniyaya qaz tədarük edən "Leviafan" təbii qaz yatağı bir neçə saat ərzində fəaliyyətini bərpa edəcək.

Bu barədə “Report” İsrail mediasına istinadən xəbər verir.

Bundan əlavə, İsrailin energetika naziri Eli Koen "Kariş" qaz yatağının fəaliyyətinin bərpa edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, İsrailin üç qaz yatağından ikisi İsrail və İran arasında hərbi əməliyyatların başladığı iyunun 13-də bağlanmışdı.

44 - Tezliklə