IEA: Azərbaycan dekabrda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Energetika
  • 15 yanvar, 2025
  • 10:59
IEA: Azərbaycan dekabrda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

2024-cü ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 0,48 milyon barel təşkil edib.

"Report" bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Bildirilib ki, bu göstərici noyabr ayında qeydə alınmış səviyyə ilə eynidir.

IEA analitiklərinin hesablamalarına görə, dekabrda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” razılaşması çərçivəsində plandan 0,07 milyon barel geri qalıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.