Emi Karlon ABŞ-ni SGC Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında təmsil edir
- 03 mart, 2026
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bu gün Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında ölkəsini təmsil edir.
Bu barədə "Report"a ABŞ-nin Bakıdakı diplomatik missiyasından məlumat verilib.
Qeyd olunub ki, ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və işgüzar məsələlər üzrə köməkçisi Kaleb Orr tədbir iştirakçılarına videomüraciət ünvanlayacaq.
Xatırladaq ki, bu gün Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.