“Cudd Well Control” şirkəti Azərbaycanın neft-qaz bazarına çıxış imkanlarını araşdırır

Energetika
  • 07 fevral, 2025
  • 07:40
“Cudd Well Control” şirkəti Azərbaycanın neft-qaz bazarına çıxış imkanlarını araşdırır

ABŞ-nin “Cudd Well Control” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də daxil olmaqla ölkədə fəaliyyət göstərən digər neft-qaz şirkətləri ilə yerli bazara çıxış üçün danışıqlar aparır.

Bu barədə “Report”a “Cudd Well Control”un beynəlxalq bölməsinin rəhbəri Edilberto Kaço Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisi kuluarlarında bildirib.

"Biz Xəzər regionunda fəaliyyətimizi genişləndirməkdə maraqlıyıq. SOCAR və digər şirkətlərlə danışıqlar aparırıq. Hazırda quyulara nəzarət sahəsində xidmətlərin göstərilməsi ilə bağlı proseslər və layihələrin detalları ilə tanış olmaq üçün Azərbaycandayıq", - o bildirib.

“Cudd Energy Services”in bölməsi olan “Cudd Well Control” yanğınların söndürülməsi, quyulara nəzarət və bu sahədə mühəndis dəstəyi üzrə aparıcı xidmət təchizatçısıdır. Şirkət 1978-ci ildən quruda və dənizdə qazma, əsaslı təmir və neft-qaz hasilatı zamanı fövqəladə halların aradan qaldırılması üzrə xidmətlər göstərir.

44 - Tezliklə