Çində tələbin azalması ehtimalı nefti 3% ucuzlaşdırıb
Energetika
- 25 aprel, 2022
- 05:47
Çində yeni növ koronavirusun yayılması səbəbindən tələbin azalması ehtimalının yüksəldiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 3%-dən çox düşüb. WTI markalı neftin bir bareli artıq 100 ABŞ dollarından ucuz ticarət olunur.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 3,02% ucuzlaşaraq, 1 bareli 102,94 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 3,06% düşərək, 1 bareli 98,95 ABŞ dolları təşkil edib.
Artıq Pekin rəhbərliyi COVID-19-a mümkün yeni yoluxma halları barədə xəbərdarlıq edib. Bunun əlaqədar baş verə biləcək sosial-iqtisadi qadağalar dünyanın ən böyük neft idxalçısı olan Çində xammala olan tələbin kəskin azalmasına səbəb ola bilər.
Son xəbərlər
08:16
Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb
Region07:57
UKMTO: Hörmüz boğazında tanker mərmi ilə vurulub
Digər ölkələr07:46
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
Digər ölkələr07:17
Bəhreyn nazirlərin Hörmüz boğazı ilə bağlı görüşündə iştirakdan imtina edib
Digər ölkələr06:41
Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib
Digər ölkələr06:13
Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Sağlamlıq05:39
Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranmasının mümkünlüyünü güman edib
İKT05:07
Orban Madyar hökumətinə qarşı "milli müqavimət"in başlandığını elan edib
Digər ölkələr04:38