Bu il Cənubi Qafqaz Boru Kəməri ilə ixrac 7 %-dək artıb

Energetika
  • 03 avqust, 2023
  • 11:34
Bu il Cənubi Qafqaz Boru Kəməri ilə ixrac 7 %-dək artıb

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 39 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, 2022-ci ilin birinci yarısının nəticələri müqayisədə 10 milyon ABŞ dolları və ya 34,5 % çoxdur.

Bu ilin birinci rübündə boru kəmərinin əsaslı xərcləri 3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin birinci yarısının göstəriciləri ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 50 % çoxdur.

İlin il yarısında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,7 milyon kubmetr olub ki, bu da 2022-ci ilin birinci yarısının göstəriciləri ilə müqayisədə 3,8 milyon kubmetr və ya 6,7 % çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) çıxış edirlər.