Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 27 %-dən çox azalıb

Energetika
  • 19 oktyabr, 2021
  • 08:14
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 27 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 934,8 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin dəyəri 37,8 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,82 % və 27,17 % azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,26 %-ni, qeyri neft sektoru üzrə ümumi ixracının isə 2,09 %-ni təşkil edib.