Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi cüzi artıb

Energetika
  • 06 may, 2024
  • 09:27
Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi cüzi artıb

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 55,322 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin birinci rübünün göstəricisi ilə müqayisədə 511 min barel və yaxud 0,93 % çoxdur.

Bu ilin mart ayında isə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 19,362 milyon barel neft nəql edilib. Bu da, 2023-cü ilin mart ayı ilə müqayisədə 400 min barel və yaxud 2,02 % azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

44 - Tezliklə