Bu il Azərbaycanın metanol ixracından qazancı 37 % azalıb

Energetika
  • 16 iyun, 2023
  • 13:04
Bu il Azərbaycanın metanol ixracından qazancı 37 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 169 min 196,35 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 37 milyon 806,47 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,7 % və 37,04 % azdır.

Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,58 %, ölkənin ümumi ixracında payı isə 0,23 % olub.

Qeyd edək ki, bu ilin 5 ayında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

44 - Tezliklə