Bu il Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Energetika
  • 21 noyabr, 2024
  • 09:06
Bu il Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 354 min 380,95 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 193 milyon 911,45 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 3,16 dəfə, dəyəri isə 3,27 dəfə azdır.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,71 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə