Bu il Azərbaycan təbii qaz ixracından qazancını 7 dəfə artırıb

Energetika
  • 18 mart, 2022
  • 07:09
Bu il Azərbaycan təbii qaz ixracından qazancını 7 dəfə artırıb

Bu ilin yanvar-fevral ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 963 milyon 666,71 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin ilk iki ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 486 milyon 160,26 min ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19,4 %, dəyəri isə 6,9 dəfə çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,66 % olub.