Nazir: "Aqrar sahə haqqında" yeni qanun sektorun inkişafına zəmin yaradacaq"
- 05 oktyabr, 2026
- 16:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və bu günlərdə ictimai müzakirəyə təqdim edilmiş "Aqrar sahə haqqında" yeni qanun kənd təsərrüfatının gələcək inkişafına zəmin yaradacaq.
Bunu "Report"un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni qanunun qəbulu hazırkı dövrdə zəruridir: "İndiyə qədər qəbul edilmiş qanunlar müvafiq dövrün reallıqlarından irəli gəlib. "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"na nəzər yetirsək, görərik ki, o, daha əhatəlidir və aqrar sektoru tam şəkildə özündə əhatə edir. Yeni qanunun qəbul edilməsi də məhz bu çərçivədə əhəmiyyətlidir. Bu qanun bir çox aqrar məfhumları formalaşdıracaq, aqrar sahənin gələcək inkişafı üçün zəmin yaradacaq. Ümid edirik ki, sənədi Milli Məclis tezliklə qəbul edəcək".