Bu il Azərbaycan polietilen ixracını 23 %-dən çox azaldıb

Energetika
  • 17 avqust, 2022
  • 07:20
Bu il Azərbaycan polietilen ixracını 23 %-dən çox azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 60 min 685 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 83 milyon 517,6 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-iyul aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,5 % 8,36 % azdır.

2022-ci ilin yanvar-iyul ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,97 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracındakı payı 0,37 % olub.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon ABŞ dolları ixracın, 7 milyard 494 milyon ABŞ dolların isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.