Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfədən çox azaldıb

Energetika
  • 16 sentyabr, 2022
  • 06:19
Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfədən çox azaldıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 412 min 859 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 264 milyon 179 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayları ilə müqayisədə 2,35 dəfə, dəyəri isə 41,1 % azdır.

Yanvar-avqust aylarlı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,01 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.