Bu il Azərbaycan neft məhsullarının ixracından qazancını 34 % artırıb

Energetika
  • 18 mart, 2022
  • 07:17
Bu il Azərbaycan neft məhsullarının ixracından qazancını 34 % artırıb

2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 117 min 238,73 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 62 milyon 581,88 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayları ilə müqayisədə 5,1 % az, dəyəri isə 34,05 % çoxdur.

Yanvar-fevral aylarlı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,05 % olub.