Nihal Saad: Dini icmalar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilərlər

Din
  • 07 oktyabr, 2026
  • 11:02
Nihal Saad: Dini icmalar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilərlər

Dini icmalar və liderlər məlumatlılığı artırmaq, məsuliyyətli davranışı təşviq etmək və icmalar səviyyəsində dialoqu inkişaf etdirməklə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilərlər.

"Report"un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin XXIV iclasında bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları dayanıqlı inkişafa, dolanışıq mənbələrinə, ərzaq təhlükəsizliyinə, sosial sabitliyə və insanların rifahına təsir göstərir.

O qeyd edib ki, dini icmalar əhali ilə qarşılıqlı əlaqə qurmaq və ictimai səyləri səfərbər etmək imkanları sayəsində ekoloji dayanıqlığın təmin edilməsi və qlobal öhdəliklərin yerinə yetirilməsi üzrə milli və beynəlxalq təşəbbüslərə töhfə verə bilərlər.

N.Saad həmçinin ətraf mühitin mühafizəsi məsələlərində müxtəlif dini ənənələri birləşdirən ümumi prinsiplərə diqqət çəkib.

"Dini ənənələr arasındakı fərqlərə baxmayaraq, onları ümumi prinsiplər - həyata hörmət, tarazlıq və mötədilliyə can atmaq, gələcək nəsillər qarşısında məsuliyyət və ən həssas qruplarla həmrəylik birləşdirir", - o əlavə edib.

44 - Tezliklə