Bu il Azərbaycan neft koksu ixracından qazancını 22 %-dək artırıb
- 21 iyul, 2022
- 07:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 69 min 456,5 ton neft koksu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 13 milyon 171,82 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci il ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə az və 21,5 % çoxdur.
Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,07 % olub.
Qeyd edək ki, ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.