Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Hadisə
  • 10 oktyabr, 2026
  • 13:32
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

44 - Tezliklə