Bu il Azərbaycan Hindistana neft ixracını 7 %-dən çox artırıb
- 19 iyun, 2023
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan Hindistana 1 milyon 027 min 221,27 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 610 milyon 361,61 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 7,1 % çoxdur, dəyəri isə 20,7 % azdır.
Bu ilin ilk 5 ayında Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,74 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.