Yasamal rayonunda içməli su xəttində qəza baş verib

İnfrastruktur
  • 30 sentyabr, 2026
  • 11:35
Yasamal rayonunda içməli su xəttində qəza baş verib

Bakının Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən, diametri 200 mm olan içməli su xəttində qəza baş verib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. "Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir", - məlumatda qeyd olunub.