Bu il Azərbaycan Hindistana neft ixracını 4 dəfəyə yaxın artırıb
- 17 aprel, 2023
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Hindistana 522 min 662,47 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 201 milyon 908,61 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk üç ayının göstəriciləri ilə müqayisədə 3,8 dəfə, dəyəri isə 3,5 dəfə çoxdur.
Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 7,66 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 milyon 809 min 685,99 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 4 milyard 272 milyon 127,65 min ABŞ dolları təşkil edib.
I rübdə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.