Bu il Almaniya Azərbaycandan neft idxalını 87 % artırıb
- 19 aprel, 2022
- 13:31
Bu ilin yanvar-mart aylarında Almaniya Azərbaycandan 171 min 49 ton xam neft idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 106 milyon 582 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 86,9 %, dəyəri isə 2,85 dəfə çoxdur.
Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi ixracda payı 8,6 % olub. Almaniya idxal həcmlərinə görə Azərbaycandan xam neft idxal edən ölkələr sırasında dördüncüdür. Ötən ilin eyni dövründə isə bu siyahıda altıncı olub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.