"Bakı Fond Birjası"nın dövriyyəsi 32 % azalıb

Maliyyə
  • 05 noyabr, 2026
  • 16:08
Bakı Fond Birjasının dövriyyəsi 32 % azalıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 37 milyard 140,439 milyon manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 52 540 olub.

BFB-nin dövriyyəsinin 77,2 %-i, yaxud 28 milyard 667,332 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 34,3 % azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 38,2 % azalaraq 5 milyard 475,983 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 42,7 % artaraq 2 milyard 997,124 milyon manat olub.