BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 22 %-dək azalıb
- 17 mart, 2023
- 09:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 6 milyon 048,1 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,5 % çoxdur.
Hesabat dövründə nəqletmənin 76,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 4 milyon 628,7 min ton neft ötürülüb. Bu isə 2022-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 8,2 % çoxdur.
Bu ilin ilk iki ayı ərzində BTC kəməri ilə 626,7 min ton tranzit nefti də nəql edilib ki, bu da 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 21,8 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.