BP-nin vitse-prezidenti: “Çıraq” qazlift sistemi üzrə işlər başa çatmaq üzrədir”

Energetika
  • 15 noyabr, 2021
  • 13:12
BP-nin vitse-prezidenti: “Çıraq” qazlift sistemi üzrə işlər başa çatmaq üzrədir”
Bəxtiyar Aslanbəyli

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı ən qədim platformada neft hasilatının səviyyəsini saxlamağa imkan verən “Çıraq” platformasında qazlift sisteminin yaradılması tamamlanmaq üzrədir. Onun gələn il istismara verilməsi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə BP-nin kommunikasiyalar və xarici əlaqələr üzrə regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Şirkət cari ildə platformanın təmir və texniki xidmət üçün dayandırılmasından istifadə edərək qazlift sistemi üçün avadanlıqların quraşdırılması üçün hazırlıq işlərini yekunlaşdırıb.

Qazlift yatağın istismar müddətini artırmağa və lay təzyiqinin təbii azalması səbəbindən çıxarılması mümkün olmayan neft hasilatını davam etməyə kömək edəcək.

Qeyd edək ki, “Çıraq” platforması AÇG erkən neft layihəsinin bir hissəsi kimi dənizdə quraşdırılan ilk platformadır. Onun istehsalı 1997-ci ildə başlayıb. Hazırda bu platformada gündəlik hasilat keçən ilki 34,9 min bareldən 29 min barelə düşüb.