Bolqarıstan yekun tədarükçülərə satdığı Azərbaycan qazı üçün yeni qiymətlər müəyyən edib

Energetika
  • 06 mart, 2023
  • 11:59
Bolqarıstan yekun tədarükçülərə satdığı Azərbaycan qazı üçün yeni qiymətlər müəyyən edib

Bolqarıstan hökuməti Azərbaycandan aldığı və əhaliyə satdığı təbii qaz üçün yeni qiymətlər müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Resursları Tənzimləmə Komissiyası (EWRC) məlumat yayıb.

Bildirilir ki, komissiya mart ayında təbii qazın qiymətini 106,74 mVt/saat həcmində təsdiqləyib. Bu qiymətlərdə köçürmə, qoşulma qiyməti, aksiz yığımları və əlavə dəyər vergilsi (ƏDV) istisna edilib.

Bildirilir ki, bu qiymətə Bolqarıstanın qaz nəql şirkəti olan “Bulgargaz” təbii qazı yekun tədarükçülərə və istilik enerjisinin istehsalına və təhvil verilməsi üçün lisenziya vermiş şəxslərə satacaq.

Komissiya bu qiyməti cari məlumatların və sənədlərin təhlil edilməsindən sonra dünən “Bulgargaz” şirkəti tərəfindən təqdim edildikdən sonra müəyyən edib. Komissiya fərdi təchizatçıların qiymətlərini və ümumi nomenklatura nömrələrinin miqdarını göstərən şirkətə təqdim edib. Tənzimləmə orqanı daxili bazar üçün ümumi hesablanmış məbləğin bir neçə fərqli təchizat mənbəyi ilə təmin olunub.

Bu qiymətlərə Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) ilə əldə edilən bütün həcmdə təbii qaza da daxildir. Bu təbii qaz Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən nəql edilir. Bu həcmlər ölkənin istehlakının 33,54 %-ni əhatə edir və “mavi yanacaq” üçün əlverişli qiymətlərə çatmaq üçün vacibdir.

Mart ayı üçün təsdiqlənmiş təbii qazın qiyməti 1 mVt/saat üçün 106 lev olub ki, bu da fevral ayının qiymətindən 14 %-dən azdır. Fevralda bu qiymət 124,34 lev təşkil edib. Bunun əsas səbəbi beynəlxalq qaz bazarlarında səhm indekslərinin havaların mülayim keçməsi və Avropada qaz anbarlarının yüksək tutumu nəticəsində azalmasıdır.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.