Sabah Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika
  • 16 avqust, 2016
  • 14:45
Sabah Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 16 avqust. REPORT.AZ/ Bakı şəhəri Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, buna səbəb qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə avqustun 17-də saat 09:00-dan 18:00-dək Binəqədi rayonu 28-may və Mədən yaşayış massivi ərazisində,həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Səbail rayonunun Bayıl və Badamdar ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.