Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı tam bərpa edilib

Energetika
  • 12 iyul, 2018
  • 16:44
Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı tam bərpa edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Mingəçevirdəki İstilik Elektrik Stansiyasının Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən yüksəkgərginlikli elektrik xətlərinin altındakı yanğınlar lokallaşdırılıb.

Fövqəladə Hallar Nazirliyi və “Azərenerji”dən "Report"a daxil olan məlumata əsasən, nəticədə Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib, digər bölgələrin elektrik enerjisi ilə təchizatının bərpası istiqamətində iş gedir.

44 - Tezliklə