Azərbaycanın yanvarda idxal etdiyi “AI-92” markalı benzinin həcmi açıqlanıb

Energetika
  • 17 mart, 2025
  • 12:52
Azərbaycanın yanvarda idxal etdiyi “AI-92” markalı benzinin həcmi açıqlanıb

Azərbaycan bu ilin yanvar ayında 9 min 144,25 ton “AI-92” markalı avtomobil benzini idxal edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara görə, qeyd olunan dövrdə idxal olunan benzinin dəyəri 7 milyon 198,01 min ABŞ dolları təşkil edib.

İdxalın strukturunda 4 milyon 169,38 min ABŞ dolları məbləğində 5 min 415,76 ton “AI-92” markalı benzin Rusiyadan tədarükün payına düşüb. Hesabat dövründə Rusiyadan benzin tədarükünün payı Azərbaycana idxal edilən bütün AI-92 benzininin 59,2 %-ni təşkil edib.

Bundan əlavə, hesabat ayında Rumıniyadan 2 milyon 978,6 min ABŞ dolları dəyərində 3 min 670,04 ton, Belarusdan isə 50,03 min ABŞ dolları dəyərində 58,45 ton benzin idxal edilib.

Azərbaycanda “AI-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

44 - Tezliklə