Azərbaycanın 2 ayda idxal etdiyi “AI-92” markalı benzinin həcmi açıqlanıb
- 18 aprel, 2025
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-fevral aylarında 31 milyon 725,23 min ABŞ dolları dəyərində 40 min 877,94 ton “AI-92” markalı avtomobil benzini idxal edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal miqdar baxımından 4,7 dəfə, dəyər ifadəsində 4,5 dəfə artıb.
İdxalın strukturunda Azərbaycan Rusiyadan 28 milyon 696,6 min ABŞ dolları (artım 4,1 dəfə) dəyərində 37 min 149,45 ton benzin (artım 4,2 dəfə) idxal edib. Hesabat dövründə Azərbaycana “AI-92” markalı benzinin idxalında Rusiyanın payı 90,9 % təşkil edib.
Bundan başqa, yanvar-fevral aylarında Rumıniyadan 2 milyon 978,6 min ABŞ dolları dəyərində 3 min 670,04 ton, Belarusdan isə 50,03 min ABŞ dolları dəyərində 58,45 ton benzin idxal edilib.
Azərbaycanda "AI-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.