Azərbaycanın Xorvatiyaya neft ixracı 23 % azalıb
- 20 dekabr, 2023
- 07:51
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Xorvatiyaya 891 min 702,67 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 534 milyon 992,79 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk 11 ayında Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 11 ayının göstəriciləri ilə müqayisədə 23,1 %, dəyəri isə 43,8 % azdır.
Azərbaycandan Xorvatiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,68 % olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.