Azərbaycanın karbamid ixracından gəliri 2 dəfədən çox azalıb

Energetika
  • 31 may, 2023
  • 12:51
Azərbaycanın karbamid ixracından gəliri 2 dəfədən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 30,3 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Bu, 2022-ci ilin 4 ayının göstəricisi ilə müqayisədə 37,9 milyon ABŞ dolları və ya 2,26 dəfə azdır.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.