Azərbaycanın İndoneziyaya neft satışından qazancı 32 % azalıb
- 21 oktyabr, 2023
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 221 min 084,92 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 150 milyon 210,69 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk 9 ayında Azərbaycandan İndoneziyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 13,4 %, dəyəri isə 32 % azdır.
Bu ilin ilk 9 ayında Azərbaycandan İndoneziyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,11 % olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,40 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.