Azərbaycanın idxal etdiyi “Premium Euro-95” markalı benzinin həcmi açıqlanıb
- 25 noyabr, 2024
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 55 min 792,59 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % azdır.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 53 milyon 772,88 min ABŞ dolları (azalma 10,8 %) təşkil edib.
İdxalın strukturunda ümumi tədarük həcminin 27,9 %-i və ya 14 milyon 383,87 min ABŞ dolları dəyərində (azalma 2,5 dəfə) 15 min 544,95 tonu (azalma 2,4 dəfə) Rusiyanın payına düşüb.
Tədarükün qalan həcmi aşağıdakı ölkələr üzrə belə bölünüb: Yunanıstan – 7 milyon 122,06 min ABŞ dolları dəyərində 6 min 585,27 ton, Bolqarıstan – 2 milyon 822,3 min ABŞ dolları dəyərində 2 min 553,47 ton, Rumıniya – 11 milyon 206,03 min ABŞ dolları dəyərində 12 min 158,58 ton, BƏƏ - 697,45 min ABŞ dolları dəyərində 782,77 ton və Belarus – 17 milyon 541,18 min ABŞ dolları dəyərində 18 min 167,55 ton.
Statistik məlumatlara görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 883,2 min ABŞ dolları dəyərində (artım 0,3 %) 1 min 536,05 ton (azalma 1,7 %) "Super Euro-98" markalı benzin idxal edilib. İdxalın strukturunda 337,27 min ABŞ dolları məbləğində 275,1 ton benzin Belarusdan, 695,12 min ABŞ dolları dəyərində 566,98 ton benzin Bolqarıstandan, 850,81 min ABŞ dolları dəyərində 693,97 ton benzin Rumıniyadan tədarük edilib.
Xatırladaq ki, "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini Azərbaycana 2014-cü il aprelin 1-dən idxal olunur. Bu ilin iyun ayından isə "Premium Euro-95" benzinin Azərbaycanda da istehsalına başlanılıb.